Telefon : 994123499988
Email : eagayev1[@]qu.edu.az

Azərbaycan dili və ədəbiyyatı

Emin Ağayev

Emin Famil oğlu Ağayev 17 Yanvar 1980-ci ildə Masallı rayon Xıl kəndində anadan olmuşdur. 1986-cı ildə Xıl kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1997-ci ildə həmin məktəbdən məzun olmuşdur. 1997-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ali məktəblərə qəbul imtahanı vasitəsilə Lənkəran Dövlət Universiteti, Humanitar Elmlər Fakültəsi, Azərbaycan dili və ədəbiyyatı ixtisasına əyani daxil olmuşdur. 2001-ci ildə universiteti  bitirmiş, yenə həmin universitetin magistraturasının Dilşünaslıq istiqaməti Müqayisəli dilçilik ixtisası üzrə təhsilini əyani davam etdirmişdir. 2003-cü ildə magistraturanı bitirmiş, 2004 – 2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun aspiranturasını əyani oxumuşdur. 24 İyun 2008-ci ildə Folklor İnstitunun Elmi Şurasının 8 saylı protokoluna əsasən Azərbaycan mifologiya elminin inkişaf istiqamətləri (Mirəli Seyidovun yaradıcılığı əsasında)  namizədlik dissertasiyasını müdafiə etmişdir. Hal-hazırda Qafqaz Universiteti, Pedaqoji Fakültə, Azərbaycan dili və ədəbiyyatı bölməsində bölmə müdiri müavini vəzifəsində çalışır. Evlidir.

Daha çox...
1 Mövzu
4 Cavab
2741 izlənmə
Ekspertin mövzuları
1