Telefon : 994123499988
Email : cmemmedov[@]qu.edu.az

Məktəbəqədər təlim və tərbiyyə

Cəmil Məmmədov

Cəmil Oxtəkin oğlu Məmmədov 1982-ci ildə Ağdaş  rayonunda anadan olmuşdur.

Orta təhsilinə Ağdaş  rayonunun Müşfiq İsayev adına orta məktəbində başlamışdır. 1994-cü ildən təhsilinə  Ağdaş Özəl Türk Litseyində davam etmiş,  2000-ci ildə buradan məzun olmuşdur.

Ali təhsilini 2000-2004-cü illərdə Türkiyə Respublikası, Uludağ Universiteti, Pedaqoji Fakultəsi, İngilis dili  müəllimliyi ixtisasında almışdır.

Magistr dərəcəsini 2008-ci ildə Türkiyə Respublikası, İstanbul Universiteti, Sosyal Elmlər İnstitutu, Pedaqoji Elmlər ixtisasında almışdır.

2013-cü ildəMüasir türk uşaq şeiri (1970-1990-cı illərdə)” mövzusunda dissertasiya işi müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Pedaqoji fəaliyyətinə 2006-cı ildə Qafqaz Universitetinin Dil Tədrisi Koordinatorluğunda başlamışdır.

Hal-hazırda Qafqaz Universitetində Pedaqoji Fakültəsi, Məktəbəqədər təlim və tərbiyə bölməsində və Pedaqoji Tədqiqat və İnkişaf Mərkəzində müdir vəzifələrində  işləyir.

 

Daha çox...
1 Mövzu
4 Cavab
3722 izlənmə
Ekspertin mövzuları
1