Telefon : +994123499988
Email : xheyderov[@]qu.edu.az

Dövlət və bələdiyyə idarəetməsi

Xanlar Heydərov

Qafqaz universiteti Dövlət və bələdiyyə idarəetməsi bölməsinin baş müəllimi Xanlar Heydərov 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə ixtisasını fərqlənmə diplomu ilə başa vurmuş, 2006-cı ildə Qafqaz Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirərək magistr dərəcəsi almışdır. 2006-cı ildən Qafqaz Universitetində baş laborant, müəllim vəzifələrində çalışmış, 2012-ci ildən etibarən isə Dövlət və bələdiyyə idarəetməsi bölməsinin baş müəllimi və tədris işləri üzrə bölmə müdiri müavini vəzifələrində çalışır. Dövlət və bələdiyyə idarəetməsi bölməsində təhsil alan tələbələrə idarəetmə nəzəriyyələri, menecment, yerli özünüidarəetmə orqanları, dövlət qulluğu fənnləri tədris edir. Bununla yanaşı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada müsahibələrin aparılması üzrə müstəqil ekspert kimi fəaliyyət göstərir. 

Daha çox...
1 Mövzu
4 Cavab
3519 izlənmə
Ekspertin mövzuları
1