Telefon : +994123499988
Email : smuxtarov[@]qu.edu.az

Bank

Şəhriyar Muxtarov

Qafqaz universiteti Dünya iqtisadiyyatı kafedrasının əməkdaşı Şəhriyar Muxtarov 1987-ci ildə anadan olmuşdur. 2006-cı ildə Gəncə özəl Türk litseyini bitirmişdir. Elə həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisasına daxil olmuşdur. 2010-ci ildə ADİU-ni bitirərək, magistratura təhsilini Türkiyənin Marmara Universitetində bankçılıq ixtisası üzrə davam etdirmişdir. 2012-ci ildə eyni universitetin Bankçılıq və Siğortaçılıq İnstitutunun bank işi ixtisasının dokturantura (PhD) pilləsinə qəbul olan mütəxəssis hal-hazırda doktorantura təhsilini davam etdirir və pul siyasəti transmissiyası mexanizmaları üzrə tədqiqatlar aparır. Mövzuyla bağlı yerli və xarici elmi jurnallarda bir neçə məqalələri dərc olunub.

2011-ci ildə Qafqaz Universitetində laborant vəzifəsində işə girmiş, hal-hazırda Dünya iqtisadiyyatı kafedrasının müəllimidir, pul nəzəriyyəsi və siyasəti, makroiqtisadiyyat, mikroiqtisadiyyat, maliyyə bazarları və institutları dərslərini tədris edir.

Daha çox...
1 Mövzu
4 Cavab
2546 izlənmə
Ekspertin mövzuları
1