Telefon : +994 55 769 86 62
Email : marketing[@]experttv.az

Ümumi

EkspertTV

EkspertTV birbaşa olaraq mümtəxəssislərin dilindən müxtəlif sahələrdə izləyiciləri maraqlandıran suallara görüntülü şəkildə cavab verən internet portalıdır. EkspertTVni qısaca olaraq video ensiklopediya da adlandırmaq olar. EkspertTV xidmətlərini Azərbaycan dilində təqdim edir və hədəfində olan izləyici kütləsi də bu dili bilən internet istifadəçiləridir.

EkspertTV bu sahədə Azərbaycan dilində fəaliyyətə başlayan ilk internet portallarından olsa da, dünyada bu məzmunda mövcud olan xeyli layihələr mövcuddur. EkspertTVnin fəaliyyət strategiyası formalaşdırılarkən analoji layihələrdən nümunə olaraq istifadə olunmuşdur.

EkspertTVnin əsas konsepsiyası əhalinin bütün təbəqələrini maraqlandıran, aktuallaığı ilə seçilən suallara, qısa videolar vasitəsi ilə, mütəxəsislər tərəfindən sadə danışıq dilində cavabların verilməsidir. Bu konsepsiya çərçivəsində mövzuların əhatə dairəsində heç bir məhdudiyyət qoyulmur, cəmiyyətin ehtiyac və ya tələblərinə görə daha da genişləndirilə bilər.

Daha çox...
48 Mövzu
69 Cavab
30784 izlənmə
Ekspertin mövzuları
3