Telefon : 00994124482862
Email : aismayilov[@]qu.edu.az

İqtisadiyyat

Altay İsmayılov

İsmayılov Altay Hüseyn oğlu 5 Dekabr 1975-ci ildə Lənkəran Rayonunun Zövlə kəndində dünyaya gəlmişdir. 1992- cil ildə Bakı şəhərində BDU-nun nəzdindəki 1 nömrəli Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyi bitirmiş, həmin il Türkiyə Universitetlərinə qəbul imtahanında İstanbul Universitetinə daxil olmuşdur. 1993-cü ildə dil hazırlığı üzrə Ankara Universiteti TÖMER, 1998-ci ildə İstanbul Universitetinin Siyasi Elmlər Fakultəsinin Menecment ixtisası üzrə bakalavr, 2001-ci ildə Mərmərə Universitetinin Sosial Elmlər İnstitutunun İqtisadi Siyasət ixtisası üzrə magistratura, 2007- ci ildə Səlcuq Universitetinin Sosial Elmlər İnstitutunun İqtisadiyyat ixtisası üzrə doktorantura pilləsini tamamlayaraq iqtisad elmləri üzrə fəlsəfə doktoru (PhD) alimlik dərəcəsini almışdır. Doktorantura sonrası (PostDoc) fəaliyyətini 2013-cü ildə Avropa Komissiyası Erasmus Mundus Alrakis II proqramı ilə Polşada- Varşava Universitetində (SGGW), 2014-2015-ci tədris ilində isə ABŞ Dövlət Departamentinin  Fulbrayt (Fulbright) programı ilə Amerikada- Arizona Dövlət Univseristetində (ASU) davam  etdirmişdir.

Əmək fəaliyyətinə özəl sektorda icraçı direktor olaraq başlayan Altay İsmayılov, Daha çox...

1 Mövzu
8 Cavab
5047 izlənmə
Ekspertin mövzuları
1