Prolaktin hormonunun ölçülməsində, əgər xəstə düzgün təlimatlandırılmazsa düzgün olmayan ölçmələr ciddi xətalara yol aça bilər. Prolaktin hormonu normada kişilərdə 5-15 nanoqram/millilitr, qadınlarda 5-25 nanoqram/millilitr civarında olur. 1 nanoqram/millilitr 21,2 beynəlxalq vahidə uyğun gəlməkdədir. Bunu çevirib tapa bilərik. Amma bəzi hallarda labarator xətalar xəstələrin düzgün təlimatlandırılmamasından irəli gələrək fərqli nəticələr verə bilər. Belə ki, prolaktin hormonu çox həssas bir test olduğuna görə yuxudan 3 saat sonra xəstələrin qan analizi verməyi məqsədə uyğundur. Çünki, fizioloji olaraq yuxu prolaktin hormonunu artıran bir haldır. Amma təbii ki, günün istənilən halında da verilə bilər. Səhər saatlarında verilməyini daha uyğun bilirik. Ac verilməsi də həmçinin uyğundur.Çünki yemək prolaktini bir qədər artıra bilər. Biz mümkün olacaq bütün xətaları kənar etdikdən sonra doğru düzgün laborator ölçülmə prolaktin hormonu haqqında bizə bir informasiya verəcək. 100 nanoqram/millilitrə qədər olan prolaktin yüksəlmələri adətən adenoma bağlı olmayan, yəni, hipofizar qaynaqlı olmayan alt səbəb
Prolaktin hormonunun ölçülməsində, əgər xəstə düzgün təlimatlandırılmazsa düzgün olmayan ölçmələr ciddi xətalara yol aça bilər. Prolaktin hormonu normada kişilərdə 5-15 nanoqram/millilitr, qadınlarda 5-25 nanoqram/millilitr civarında olur. 1 nanoqram/millilitr 21,2 beynəlxalq vahidə uyğun gəlməkdədir. Bunu çevirib tapa bilərik. Amma bəzi hallarda labarator xətalar xəstələrin düzgün təlimatlandırılmamasından irəli gələrək fərqli nəticələr verə bilər. Belə ki, prolaktin hormonu çox həssas bir test olduğuna görə yuxudan 3 saat sonra xəstələrin qan analizi verməyi məqsədə uyğundur. Çünki, fizioloji olaraq yuxu prolaktin hormonunu artıran bir haldır. Amma təbii ki, günün istənilən halında da verilə bilər. Səhər saatlarında verilməyini daha uyğun bilirik. Ac verilməsi də həmçinin uyğundur.Çünki yemək prolaktini bir qədər artıra bilər. Biz mümkün olacaq bütün xətaları kənar etdikdən sonra doğru düzgün laborator ölçülmə prolaktin hormonu haqqında bizə bir informasiya verəcək. 100 nanoqram/millilitrə qədər olan prolaktin yüksəlmələri adətən adenoma bağlı olmayan, yəni, hipofizar qaynaqlı olmayan alt səbəblər qrupuna aiddir. Xəstənin stressli durumu, fiziki, psixoloji stress və emosional halı, laborator analizdən əvvəlki cinsi təmas, digər tərəfdən zülallı qidalarla zəngin qidalanma, süd vəzilərinin ucunun stimulyasiyası prolaktin hormonunun artmasına səbəb ola bilər. Bu kimi hallar tam inkar edildikdən sonra normal və sakit şəkildə ölçülən prolaktin dəyərləri xəstəlik haqqında bizə bir məlumat verə bilər. Bəzi hallarda xəstənin hipofiz vəzində bir böyük düyün görüb amma prolaktin dəyərlərini aşağı gördüyümüz zaman biz "hook effekti" dediyimiz prolaktin dəyərlərini 1:100 nisbətində fizioloji məhlulla durulaşdıraraq, xüsusi labarator metodlarla həqiqi rəqəmi almağa çalışırıq. Bəzi hallarda stress faktorunu aradan qaldırmaq üçün xəstəni rahat şəkildə oturdaraq 20 dəqiqə ara ilə bir test edərək həqiqi prolaktin dəyərlərini ölçməyə çalışırıq. Təbii ki, doğru düzgün diaqnoz qoyulması laborator nəticədən çox asılıdır. Amma təbii ki, burda preanalitik fazada olacaq xətaların hamısı bir – bir araşdırılıb aradan qaldırılmalıdır.
Daha çox...